Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin vəfat etdiyi gündür 0

Tarix: 20-05-2023 12:21     Baxış: 1 092

20 may XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin vəfat etdiyi gündür.

Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mubarizciler.az xəbər verir ki, Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim Şirvani haqqında ilk məlumat A.Zaxarov tərəfindən verilmişdir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə qədər Seyid Əzimin müfəssəl tərcümeyi-halı yazılmışdır. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.[4] A.Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.


Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır. XIX əsrin 50-ci illərində Azərbaycanda, o cümlədən Şamaxı şəhərində mədəni-maarif sahəsində köhnəlik, sxolastika hələ çox qüvvətli idi; Şərqin dini mərkəzlərinə ziyarətə getmək, ruhani təhsili almaq, "hacı", "kərbəlayı" olmaq ənənəsi davam edirdi. Belə bir şəraitdə Seyid Əzimin ruhani təhsili almaq, dini ocaqların ziyarətinə getmək fikrinə düşməsini də təsadüfi hesab etmək olmaz. Odur ki, 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat etmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar