Xəbər lenti
2-09-2026, 15:00
 

Günnüt əməliyyatından 5 il keçir 0

Tarix: 20-05-2023 00:54     Baxış: 1 309


Günnüt əməliyyatının başlanmasından 5 il keçir.

Mubarizciler.az xatırladır ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.

“Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.

Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.

Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 20-27-si tarixlərində baş tutub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar