Xəbər lenti

İdarə rəhbərinin hörmətsizliyi - FOTO 0

Tarix: 19-05-2023 21:36     Baxış: 1 708


Ulu Öndər Heydər Əliyevin şəkilini başları üzərinə asaraq ona səcdə etmək əvəzinə, şəkili sərinkeşin ayağının arxasında gizlədən şəxslər kimə və nəyə güvənərək bu addımı atırlar.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin, İmişli rayon Mədəniyyət Şöbəsində Ulu Öndərimiz Heydər Əliyevə qarşı böyük bir hörmətsizlik edilib.  

Əziz və dəyərli izləyicilərimiz bu şəkil bizə Kürdəmir Regional Mədəniyyət İdarəsinin, İmişli rayon Mədəniyyət Şöbəsindəki iş otaqlarından birində lentə alınaraq göndərilib.

Dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan, öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmiş, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə xalqdan dəstəyini əsirgəməyən,  Azərbaycanı inamla irəliyə aparan Ulu Öndərimizə qarşı bu cür hörmətsizlik edilmişdir.

Belə ki, şəkildəndə aydın göründüyü kimi sözügedən idarədə Ulu Öndər Heydər Əliyevin şəkilini başları üzərinə asaraq ona səcdə etmək əvəzinə, onun şəkilini sərinkeşin ayağının arxasında gizlətmişlər. Məgər onun sayəsində firavan həyata qovuşan, bu gün azad və müstəqil yaşayan Azərbaycan xalqının məmur övladı ona bu qədərmi hörmətsizlik etməlidir? Əsla və əsla yox! Çünki bütün dünya Heydər Əliyev kimi uzaqgörən, xalqını, millətini sevən siyasətçini əl-ələ axtarır.

Çox maraqlıdır. İmişli rayonunun Mədəniyyət şöbəsinin nümayəndələri, onun çörəyini yeyib, onun qurduğu banisi olan dövlətə məxsus binada işləyib niyə dahi şəxsiyyətimizə biganəlik göstərirlər. Axı o bizim xilaskarımız, əbədi yaşar liderimizdir.

 

Nəzərinizə onu da çatdırmaq istəyirik ki, İmişli rayon Mədəniyyət idarəsinin rəhbəri Sərvər Şirinovdur. Kürdəmir Regional Mədəniyyəti idarəsinin səlahiyyətli nümayəndəsi isə Nazim Əzimovdur. Biz imkan vermirik ki,  Nazim Əzimov, Sərvər Şirinov və onun kimilər Ulu Öndərimizə qarşı hörmətsizlik edib, onun şəkilini belə hala salsınlar. Bu bizim yol verə biləcəyimiz bir hal deyil.

 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Biz yazdıq sizi məlumatlandırdıq. Sizdən xahiş edirik tezliklə bir tədbir görəsiniz.

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Ulu Öndər Heydər Əliyevin şəkilini başları üzərinə asaraq ona səcdə etmək əvəzinə, şəkili sərinkeşin ayağının arxasında gizlədən şəxslər kimə və nəyə güvənərək bu addımı atırlar

Mövzuya qayıdacağıq.


Kanal1.az Informasiya Xəbər Portalının baş redaktoru

Arzu Orucov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar