Deputat hərkəsə nümunə olmalıdır 0
Bu gün mən Azərbaycanımızın mərhəmətli, xeyirxah, işgüzar, rayon əhalisinə hörmət bəsləyən, diqqət göstərən, az vaxt ərzində böyük işlər görən, hır zaman seçicilərinin yanında olan, Şəhid ailələrinə və Qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərən, onların hörmətini saxlayan, onlara ehtiram göstərən Anar müəllim haqqında danışmaq istəyirəm.
Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov demək olar ki, rayonun yaxın və uzaq bütün kəndlərində insanlarla səyyar görüşlər keçirib, insanları narahat edən problemləri onların özlərindən dinləyib, onların həlli üçün bir çox müsbət addımlar atır.
Anar müəllim, rayon əhalisinə, Şahid ailələrinə, müharibə iştirakçılarına və Qazilərə göstərdiyi diqqət və qayğıya görə həm rayon əhalisinin hörmətini qazanmış , seçicilərinin göstərdiyi etimadı layiqincə doğrultmuşdur.
Anar müəllimin rayon əhalisi üçün atdığı bu addımları yalnız insan sevər, haqq sevər, xeyirxah və qəlbi insan sevgisi ilə dolu olan insanlar edə bilər . Qarşısına çıxan uşaqları sevindirir, yaşlı insanlara ehtiram göstərir, yataqda yatan xəstə insanların evlərinə və ya xəstəxanaya ziyarət edib , xəstə könülləri şad edir , qəbuluna gələn əngəlli insanların boyunlarını öz doğması kimi qucaqlayır, onların ürəklərini sevindirmək üçün onlara qarşı çox böyük sevgi və həssaslıq göstərir, getdiyi yerdə yolda qabağına çıxan uşaqları sevindirir.
Mənim fikrimcə yaxşı və xeyrixah insan və ya yaxşı deputat bir rayon üçün olmur və ya olmamalıdır. Yaxşı insan və ya yaxşı deputat bütün Azərbaycan üçün olmalıdır. Yaxşı deputatı təkcə o rayonun insanları alqışlamamalıdır əksinə bütün insanlar alqışlayıb, dəstəkləməlidir ki, digər insanlar belə insanlardan ibrət götürsün, məhz yaxşı məmurların cəmiyyətimizdə sayı artsın. Biz cəmyət olaraq yaxşı məmurlara həmişə mənəvi dəstək olmalıyıq, onları alqışlamalıyıq ki, cəmiyyətimizdə yaxşı insanların, xeyirxah, mərhəmtli məmurların sayı artsın.
Anar müəllim Şəhid anasının alnından - əllərindən öpüb , Şəhid övladlarını əzizləyib, sevgi, diqqət və qayğı göstərir, dizlərinin üstündə oturub Şəhid övladlarını bağrına basır, onların ürəklərini xoş etmək üçün əlinindən gələn yaxşı nə varsa edir.
Arzu edirəm ki, Azərbaycanımızda olan bəzi məmurlar da Yaxşılıq edə bilmirlərsə heç olmasa , Yaxşılara baxıb nümunə götürsünlər.
Mubarizciler.az
Xəbəri paylaş