Xəbər lenti

Heydər Əliyev Görkəmli Şəxsiyyət-Müdrik Dövlət Xadimi 0

Tarix: 18-05-2023 15:17     Baxış: 518

Heydər Əliyev, Görkəmli Şəxsiyyət-Müdrik Dövlət Xadimi.

 Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi,ölkədə dönüş yarandı, yeni bir dövr başladı. 1970-ci illərdə Bakıda o dövr üçün nadir müəssisələr-məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, Mingəçevir İstilik Elektrik Stansiyası, Yenikənd Su Elektrik Stansiyası, Sərsəng Su Elektrik Stansiyaları tikildi. Keçmiş SSRİ dövlətinin müxtəlif Universitetlərinə  ali təhsil almaq üçün göndərilən gənclər bu gün Respublikamızın ixtisaslı kadr bazasını təşkil edir. Bundan əlavə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması milli hərbi kadrların yetişdirilməsində xüsusi əhəmiyyəti oldu. 1969-1982-cu illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Sovetlər Birliyi dönəmində milli kadrların dövlət vəzifələrinə təyin edilməsində Kreml tərəfindən müəyyən məhdudiyyətlər qoyulmuşdu. Heydər Əliyevin milli siyasəti yerli kadrların irəli çəkilərək vəzifələrə təyin olunmasını təmin etdi. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil,həm də, öz ideaları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. 1988-1993-cü illərdə Ermənistan (Qərbi Azərbaycan) dövlətinin ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü nəticəsində 1993-cü ilin yayında Azərbaycanda siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalq gözünü Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər. 

Zəngin dövlətcilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstutusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi,insan hüquqlarının müdafiəsi,hakimiyyət bölgüsü,konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev yaxşı bilirdi ki, yaşanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir.

Buna görə də gərgin səylər bahasına "Amoko", "BP", "Yunokal", "LUKoyl", "Statoyl", "Ekson", "İtoçu" kimi nəhəng şirkətlərlə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olundu. Bununla da Azərbaycanın inkişafının, gələcək uğurlarının əsası qoyuldu.

Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tiblisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tiblisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. 1996-cı və 1999-cu illərdə sahibkarlığın inkişafı haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadı.

Müstəqilliyimizin on ili-1993-2003-cü illər ərzində dahi Heydər Əliyev "siyasət mümkün olanı etmək deyil,mümkünsüzü bacarmaq sənətidir" məşhur kəlamda söylənildiyi kimi düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhtəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz,əbədi və daimi etdi.

Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixini yeni,şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi. Mingəçevir şəhəri



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar