Xəbər lenti

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? 0

Tarix: 13-05-2023 21:33     Baxış: 1 190

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-dək davam edəcək.

Mubarizciler.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi gözıənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 20:00 olan məlumatına əsasən Kürdəmir, Sabirabad, Şəmkir, Daşkəsən, Yevlax, İsmayıllı, Gəncə, Göygöl, Gədəbəy, Tovuz, Ağstafa, Beyləqan, Şahbuz, Ordubad, Naftalan, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qobustan, Sarıbaş, Ləzə(Qusar), Xaltan, Şahdağ, Zərdab, Cəfərxan, Salyan, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Neftçalada şimşək çaxıb, arabir yağış yagıb, bəzi yerlərdə leysan xarakterli olub.

Dolu: Saat 18:35-də 30 saniyə ərzində Samux rayonunun İnstitut qəsəbəsinə diametri 6-7 mm olan dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Şəkidə 16 m/s-dək güclənib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar