Xəbər lenti

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edildi - Fotolar+Yenilənib 0

Tarix: 13-05-2023 17:40     Baxış: 1 337

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.

Mubarizciler.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.

***

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

O, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar