Xəbər lenti

Goranboy rayonunun Gürzallar kəndində səyyar qəbul keçirildi - FOTO 0

Tarix: 12-05-2023 21:00     Baxış: 2 380

Goranboy rayonunun Gürzallar  kəndində səyyar qəbul keçirildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

Mubarizciler.az-ın məlumatına görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev  rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri ilə  birgə Gürzallar kəndində səyyar görüş keçirdi. Bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən 30 aprel 2023-cü il tarixdə baş vermiş təbii fəlakət nəticəsində yaranmış fəsadların aradan qaldırılması, elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar