Xəbər lenti

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 100-cü ili qeyd edildi - Fotolar 0

Tarix: 06-05-2023 22:26     Baxış: 1 771

Mayın 6-da Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

 Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları Azərbaycan Prokurorluğunun tarix muzeyində ümummilli lider Heydər Əliyevə həsr olunan yeni guşənin açılışında iştirak ediblər.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib.

Tədbirdə Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli, Milli Məclisin deputatları Nizami Səfərov, Məlahət İbrahimqızı və Kamal Cəfərov, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər şəxslər çıxış ediblər.

Sonda ümummilli liderin xatirəsinə həsr olunmuş “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film nümayiş etdirilib.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar