Xəbər lenti
17-04-2024, 11:13
 

Goranboyda Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş "Təhsil Millətin Gələcəyidir" adlı tədbir keçirilmişdir - FOTOLAR 0

Tarix: 04-05-2023 19:48     Baxış: 2 002

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan təhsil sektorunun tabeliyində olan  Milli Qəhrəman Fikrət Hacıyevin adını daşıyan Ballıqaya kənd ümumi orta məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş "Təhsil Millətin Gələcəyidir" adlı tədbir keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki,  tədbirdə Qızılhacılı Qəsəbə İcra Nümayəndəliyi,  Birinci Qarabağ müharibəsinin Şəhid Milli Qəhrəman ailəsi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, valideynlər, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.

Pedaqoji kollektiv ilk öncə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər qərənfillər düzmüş, xalqın müdrik oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlahə İsmayılova  qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. 

Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb.

Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən məktəb rəhbəri Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkib.

Hər zaman xalqın ziyalılarına, görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan əlamətdar günlərə xüsusi önəm verən Ulu Öndərə həsr olunmuş 2023-cü il çərçivəsində Azərbaycanın inkişafında, elm, ədəbiyyat, sənət, təhsil və digər sahələrdə müstəsna xidmətləri olan insanların xatırlanmasını, yubileylərinin qeyd olunmasını Heydər Əliyev ənənəsinin davam etdirilməsi, ümummilli liderin idaeyalarının yaşadılması kimi qəbul olunduğunu deyib. 

Çıxış edən Qızılhacılı Qəsəbə icra nümayəndəsi Elnur Orucov  Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə başlayıb.

 Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini deyən natiqlər  dahi lideri sözü ilə əməli vəhdətdə olan insan kimi dəyərləndirib.

 Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edən natiqlər Ulu Öndərin nəsillərə nümunə olan ideyalarının həyatımız boyu yolumuza işıq salacağına əminliyini bildirib.

Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxunulub. 

Tədbirdə çıxış edən Mədəniyyət işçisi, ictimai-fəal Elçin Tağıyev  keçmişimizi dərindən öyrənmək mənəvi dəyərlərə sahib çıxmaq üçün təhsil müəssisələrində təşkil edilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

 Məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirən E. Tağıyev Dahi Liderin  müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs edib.

Tədbirdə şagirdlərin hazırladıqları Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonda məktəbin direktoru tərəfində fəaliyyətlərində uğurlu addımlarına görə fərqlənən müəllimlərin bir qrupu və şagirdlər Fəxri Fərmanla təltif edildilər.

Tədbir iştrakçıları tərəfindən məktəbin həyətində həmişə yaşıl şam ağacları əkilib.

      



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar