Xəbər lenti

Nazir elmi müəssisələrdə magistraturaların ləğvindən DANIŞDI 0

Tarix: 04-05-2023 17:33     Baxış: 1 470

Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib.

Mubarizciler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir Emin Əmrullayev hələ magistraturaya qəbul planının elan olmadığını xatırladıb.

"Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz", - E.Əmrullayev bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar