Xəbər lenti
18-11-2024, 12:06
 

Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir - FOTO 0

Tarix: 03-05-2023 15:16     Baxış: 1 099

Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər.

Mubarizciler.az xəbər verir ki, Görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur.

 Eyni zamanda, təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir.

Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər Çağrı Mərkəzində qeydə alındıqdan sonra Fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.

Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.

Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edirTəbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar