Goranboy rayonunun Qızılhacılı qəsəbəsində məktəblilər yeni tədris ilinə başladılar Fotolar

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən Dilbazi Qasımov adına Qızılhacılı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması münasibətilə “Bilik Günü” tədbiri keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, idarə və müəssisə rəhbərləri, təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Çıxış edən Seymur Nazarov yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblərə uyğun təhsil imkanlarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək, onlara təhsil və təlim prosesində uğurlar arzuladılar, məktəbin kollektivinə qarşıya qoyulan vəzifələrin icrasında müvəffəqiyyətlər dilədilər.
Sonda tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olaraq, müəllim və şagirdlərlə görüşdülər.

Xəbəri paylaş







































0772703001 