Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda müasir istixana təsərrüfatı – “Kaskad Aqro” MMC-yə baxış keçirildi Fotolar

Tarix: 26-06-2026 15:39     Baxış: 1 211

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə istehsalın genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və əhalinin məşğulluğunun artırılması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Goranboy rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yerləşən “Kaskad Aqro” MMC-də aparılan istehsal prosesi ilə yerində tanış oldu.

Rayon rəhbərinə müəssisənin fəaliyyəti, istehsal göstəriciləri, ixrac imkanları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilərək bildirildi ki, müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixana təsərrüfatında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilərək bir hissəsi daxili bazara təqdim olunur, digər hissəsi isə xarici ölkələrə ixrac edilir. 

Məhərrəm Quliyev müəssisədə aparılan işlərlə tanış olaraq rayonda müasir aqrar təsərrüfatların yaradılmasının kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verdiyini,.istehsal sahələrinin genişləndirilməsinin, qabaqcıl texnologiyaların tətbiqinin və ixracyönümlü məhsul istehsalının ölkənin aqrar potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. 

Sonda müəssisə rəhbərliyi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar