Xəbər lenti

Goranboy rayonunda Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə məlumat

Tarix: 17-06-2026 20:37     Baxış: 546

01.01.2026-cı il vəziyyətinə Goranboy rayonunda Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə məlumat.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə zəruri addımlar atılmışdır.

2026-cı il yanvarın 1-nə rayonda dövlət qulluqçularının sayı 191 nəfər olmuşdur ki, onlarında 28 nəfərini qadınlar təşkil edir. Dövlət qulluqçularının 1,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin 4-cü təsnifatı, 0,5 faizi 5-ci təsnifatı, 2,1 faizi 6-cı təsnifatı, 91,1 faizi 7-ci təsnifatı, 4,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. 

Dövlət qulluqçularının 1,6 faizi 1 ilədək, 17,3 faizi 1 ildən 5 ilədək, 30,9 faizi 5 ildən 10 ilədək, 26,7 faizi 10 ildən 15 ilədək, 23,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. 

Dövlət qulluqçularının 2,1 faizini 25 yaşadək, 8,9 faizini 25-29 yaşda, 19,9 faizini 30-34 yaşda, 12,0 faizini 35-39 yaşda, 12,0 faizini 40-44 yaşda, 9,5 faizini 45-49 yaşda, 8,4 faizini 50-54 yaşda, 13,1 faizini 55-59 yaşda, 13,6 faizini 60-64 yaşda, 0,5 faizini isə 65 yaş və yuxarı olan şəxslər təşkil edir. 

2025-ci ildə dövlət qulluqçularının orta  aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,6 faiz artaraq 1327,5 manat təşkil etmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar