Xəbər lenti
15-09-2026, 17:52
 

Samux rayonunda taxıl biçininə start verilib

Tarix: 10-06-2026 17:29     Baxış: 2 968

Samux rayonunda taxıl biçini başlamışdır.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir.

Mubarizciler.az xəbər verir ki, 2026-cı ilin məhsulu uçun Samux rayon üzrə 11211,2 hektar sahədə taxıl biçini aparılacaq.

Biçin aparılacaq sahələrin 5304,0 hektarı buğda, 5907,2 hektarı isə arpa sahələridir. Taxıl sahələrinin 5252,5 hektarı və ya 46,9 faizi kənd təsərrüfatı müəssisələrinin, 5958,7 hektarı və ya 53,1 faizi əhali təsərrüfatlarının  payına düşür. Artıq rayonda taxıl biçini başlamışdır. İlkin məlumatlara əsasən 09.06.2026-ci il tarixinə 286,0 hektar arpa sahəsində biçin aparılmışdır. Bu sahələrdən 895,5 ton məhsul yığılmışdır. 

Taxıl biçini davam edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar