Goranboyun icra başçısı "Region Aqro" MMC-də oldu Fotolar + Yenilənib

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ərazisində fəaliyyət göstərən "Region Aqro" MMC-də oldu və müəssisənin rəhbərliyi ilə görüş keçirdi.
Mubarizciler.az xəbər verir ki, Görüş zamanı 25 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqlar, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklər, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə aqrar sahənin inkişafı, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması və regionun iqtisadi potensialının daha da gücləndirilməsi istiqamətində işgüzar söhbət aparıldı. Müəssisədə ümumilikdə 2675,0 hektar sahədə, 978,5 hektarını buğda, 852,0 hektarını arpa, 748,5 hektarını qarğıdalı, 96,0 hektarını isə yonca kənd təsərrüfatı bitkiləri becərilir. Bununla yanaşı, aqropark ərazisində 96 hektar sahədə meyvə bağı salınıb. Qeyd olunub ki, əkin sahələrinin suvarılması müasir pivot suvarma sistemləri vasitəsilə həyata keçirilir ki, bu da su ehtiyatlarından səmərəli istifadə edilməsinə və məhsuldarlığın artırılmasına imkan yaradır. Hazırda müəsisədə 150 nəfərə yaxın daimi işçi işləyir və aparılan məqsədyönlü tədbirlər nəticəsində işçi sayının artırılması nəzərdə tutulur.
Rayon rəhbəri “Region Aqro” MMC-nin rayon iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayaraq, bu sahənin inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətindən danışdı. Aqrar sektorun inkişafının həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə, həm də əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verdiyini qeyd etdi. Görüş çərçivəsində kənd təsərrüfatı istehsalının genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və gələcəkdə həyata keçiriləcək layihələr müzakirələr davam etdirildi.
“Region Aqro” MMC-nin rəhbərliyi Prezident cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrasının təmin edilməsi üçün müəsisənin də, çağırışlara qoşulduğunu və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırdı.



Xəbəri paylaş







































0772703001 