Xəbər lenti
25-07-2026, 19:27
 

Yanğında yaralananların vəziyyəti necədir? - Yenilənib

Tarix: 22-01-2023 22:51     Baxış: 1 218

TƏBİB "Park Qusar" hotelindəki yanğında xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən  bildirilib ki, hadisə yerinə Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

***

Qusar rayonunda baş verən yanğınla əlaqədar xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasından Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 4 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində 1 nəfərin müalicəsinə davam edilir. Gövdənin ön və arxa səthinin termiki yanığı ilə pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həkim nəzarəti altındadır.

Qafqazinfo.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar