Xəbər lenti

Bəxtiyar İsmayılov: Şagirdlərin vətən sevgisi orta məktəbdən başlayar 0

Tarix: 06-03-2023 23:54     Baxış: 1 233

Şagirdlərin vətən sevgisi orta məktəbdən başlayar.


26.01.2022-ci il tarixində yolumuz Goranboy rayonunun Dəyirmanlar kəndinə düşdü.

Şəhid Ülfət Məhərrəmovun adını daşıyan Dəyirmanlar kənd Tam Orta Məktəbinin qonağı olduq.

2013-cü ildən tikilib istifadəyə verilən Orta Məktəb haqqında 2014-cü ildən rəhbərlik edən məktəbin direktoru Bəxtiyar Möhtəşəm oğlu İsmayılov geniş məlumat verdi.

1961-ci ildən bu kəntdə məktəbin olduğu diqqətimizə çatdırıldı.

1 korpuslu,1 mərtəbəli,110 yerlik,11sinif otağı olan müasir standartlara uyğun şəkildə inşa edilib öz qapılarını şagirdlərin üzünə açan Tam Orta Məktəbdə hazırda 106 şagird dərs alır. Məktəbdə karantin otağı,labaratoriya və kitabxana fəaliyyət göstərir.

 Məktəbin giriş foyesi Ulu Öndər Heydər Əliyevin ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Təhsilinə daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   qayğıları ilə əhatə olunmuş foto-sərgi ilə əhatə olunmuşdur. 

Bununla yanaşı torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızında xatirəsi əbədiləşdirilərək xatirə guşəsi yaradılmışdır. 

Bütün sinif otaqlarına Şəhidlərimizin adı verilərək onların keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar dərc edilmişdir və bütün şagirdlərə Şəhidlərimizin şəkili əks olunmuş döş nişanları təqdim edilmişdir.

Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur və lazımı olan ləvazimatlar RTŞ-i tərəfindən göndərilərək daim diqqətdə saxlanılır.


Məktəbin direktoru B.İsmayılov pedaqoji kollektiv şagirdlər və kənd sakinləri adından daim Azərbaycan Təhsilinə diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya onlar üçün yaradılmış şəraitə görə sonsuz minnətdarlığını ifadə etdi.


Məktəbin direktoru təhsilimizin yeni uğurlarından danışdı. 

Bu təhsil ocağında dərs alan şagirdlərimizə daim diqqət və qayğı göstərildiyi diqqətimizə çatdırıld.

2020-21 ci tədris ilində Məktəbi bitirən şagirdlərdən 2 nəfəri Ali məktəbə qəbul olmuşdur ki, 490 bal toplayan İsa Qafarov Polis Akademyasının məzunudur.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər pedaqoji kollektivlə birlikdə Vətən Müharibəsi Şəhid ailələri,Qazilərinin ailələri ziyarət olunur və görüşlər keçirdilir.

Dəyirmanlar kənd Tam Orta Məktəbinin  kollektivinə tərəfimizdən 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün xatirə tablosu təqdim edilmişdir.


             Elçin Tağıyev;

İctimai-fəal,Prezidentə-dəstək,TV21.azın Baş redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar