Xəbər lenti
15-09-2026, 17:52
 

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Tarix: 23-03-2026 11:13     Baxış: 1 561

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Mubarizciler.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.

“Qətərdə baş verən helikopter qəzasında Türkiyə Silahlı Qüvvələrimizin mənsubu, ASELSAN heyətimiz və Qətər Silahlı Qüvvələri üzvlərinin şəhid olması xəbərini böyük kədərlə öyrəndim. Bu faciəli qəzada həyatını itirən qəhrəman əsgərlərimizə, ASELSAN əməkdaşlarına və dost-qardaş qətərli hərbçilərinə Allahdan rəhmət diləyir, ailələrinə səbir arzulayıram. Ölkəmiz, millətimiz və Qətər xalqının başı sağ olsun”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən dənizə düşən helikopterdə 1 türk hərbçisi, 2 ASELSAN mütəxəssisi və 4 Qətər hərbçisi həlak olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar