Xəbər lenti
8-05-2026, 14:49
 

Yağış yağacaq, külək əsəcək - Sabahın havası

Tarix: 15-03-2026 18:18     Baxış: 1 022

Azərbaycanda martın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar