Xəbər lenti
25-07-2026, 19:27
 

Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi

Tarix: 07-03-2026 12:57     Baxış: 1 253

İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bəyan edib.

“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”, - deyə o qeyd edib.

Dövlət başçısı İranın digər ölkələrə təcavüz etmək niyyətində olmadığını bildirib. 

Pezeşkian ölkəni qorumaq üçün küskünlükləri və narazılıqları kənara qoymağa çağırıb. 

İran lideri ABŞ və İsrailin tələblərinə də cavab verib: “Onlar bizi qeyd-şərtsiz təslim olmağa məcbur etmək xəyalını qəbirlərinə aparacaqlar”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar