Xəbər lenti

Goranboy RİH-də müşavirə keçirilib Fotolar

Tarix: 05-03-2026 13:40     Baxış: 1 022

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında pambıqçılıqla bağlı müşavirə keçirildi.

Mubarizciler.az ın məlumatına görə, Goranboy rayonunda kənd təsərrüfatının ənənəvi və strateji istiqamətlərindən biri olan pambıqçılıq son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətin aqrar sahəyə göstərdiyi çoxşaxəli dəstək, subsidiyaların artırılması və pambığın bazar qiymətinin yüksəlməsi bu sahəyə olan marağı əhəmiyyətli dərəcədə artırmışdır.

Nəticədə, pambıq əkini məqsədilə torpaq icarəsi üzrə bağlanmış müqavilələrin sayı və əhatə etdiyi sahələrin həcmi ildən-ilə genişlənməkdədir. Rayonda pambıqçılığın inkişafının təmin edilməsi, bu məqsədlə, torpaq icarəsi üzrə müqavilələrin artım dinamikası, müvafiq  şirkətlərlə qurulan əməkdaşlıqlar, əkin işlərinin aparılması, suvarılması və becərilməsi vəziyyəti ilə bağlı, rayon İcra Hakimiyyətində operativ müşavirə keçirildi. RİH-nin Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə, rayonun aidiyyəti xidmət sahələrinin və pambıq məntəqələrinin rəhbərləri, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər. Pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil edildi və bununla bağlı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən müvafiq tapşırıqlar və tövsiyələr verildi. Məlumat üçün bildiririk ki, “Azərpambıq” MMC, “Prime Cotton” MMC, “Goran Cotton” MMC və “Azərşəkər” MMC ilə mülkiyyətçilər arasında bağlanılmış müqavilələr əsasında, 2025-ci ildə 1983,3 hektarda becərilmiş pambıq tarlalarından ümumilikdə: 6030 ton məhsul əldə olunmuş, orta məhsuldarlıq isə 30,4 sentner/hektar təşkil etmişdi. Hazırda,  2026-cı ilin pambıq əkini məqsədilə isteehsalçılar və emal müəssisələri arasında müqavilələrin bağlanılması və torpaq sahələrinin şumlanması işləri aparılır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar