Xəbər lenti
25-07-2026, 19:27
 

Pezeşkian xalqı meydanlara çağırdı

Tarix: 11-01-2026 19:48     Baxış: 903

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb.

Mubarizciler.az xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib.

Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir:

“Hökumət dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə görüşməyə hazırdır. Lakin buna baxmayaraq, baş verən iğtişaşlarda xarici qüvvələrin, xüsusilə ABŞ və İsrailin rolunun olduğu danılmazdır”.

Xatırladaq ki, dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar