Xəbər lenti
27-01-2026, 12:43
 

İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər edam olunacaq

Tarix: 11-01-2026 13:15     Baxış: 700

İranın Baş prokuroru Məhəmməd Müvəhhidi prokurorlara “iğtişaş yaradanların” dərhal məsuliyyətə cəlb olunması üçün hazırlıqlara başlanılması barədə göstəriş verib.

Mubarizciler.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyasının məlumatında deyilir.

Müvəhhidi bildirib ki, “xalqa xəyanət edən, ölkəni xarici nəzarət altına almağa çalışan və ictimai asayişi pozan şəxslər” barəsində ittihamlar gecikmədən hazırlanmalıdır.

Baş prokuror istintaq proseslərinin güzəştə yol verilmədən aparılmalı olduğunu vurğulayıb:

“İğtişaş törədənlərə qarşı irəli sürülən cinayətlər eynidir. Bu şəxslər müharibə cinayətləri törətmiş hesab ediləcəklər. Heç kim aldadıldığını iddia edərək, məsuliyyətdən yayınacağını düşünməsin. Çünki bütün xəbərdarlıqlar edilib”.

Müvəhhidi sosial şəbəkələrdə geniş auditoriyaya malik şəxslərin və müxtəlif sahələrdə çıxış edənlərin daha diqqətli olmalarının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, İran Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən, müharibə cinayətlərinə görə ölüm cəzası nəzərdə tutulur. Bununla yanaşı, hakimlər alternativ olaraq müttəhimin ölkənin uzaq bölgələrinə sürgün edilməsi (daxili sürgün) və ya sağ əl ilə sol ayağın amputasiyası kimi cəzalar tətbiq edə bilərlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar