Xəbər lenti

İranda vəziyyət pisləşir - Yaralılar çoxalır, itkinlər var

Tarix: 08-01-2026 20:42     Baxış: 749

İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda başlayan etiraz dalğası ölkənin qərb və cənub-qərb bölgələrində qanlı toqquşmalarla müşayiət olunur.

Mubarizciler.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, Çaharmahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində 30 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb. Məlumata görə, bəzi nümayişçilərin odlu silahdan istifadə etməsi və inzibati binalara hücum çəkməsi vəziyyəti daha da gərginləşdirib.

Xatırladaq ki, dekabrın sonundan etibarən iqtisadi çətinliklərə etiraz olaraq başlayan aksiyalar artıq ölkənin 25 əyalətində 60-dan çox şəhəri bürüyüb. Ən şiddətli qarşıdurmalar Lordeqanla yanaşı, Məlikşahi və Kirmanşah şəhərlərində qeydə alınıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar