Göygöldə Sahibkar və fermerləri maraqlandıran məsələlər müzakirə edilib Fotolar

Göygöl rayonunda fəaliyyət göstərən sahibkarlarla və fermerlərlə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü baş tutan görüşdə çıxış edən icra başçısı Vüqar Novruzov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində aparılan islahatlardan danışıb. Sahibkarlığın və kənd təsərrüfatının inkişafının dövlətin diqqətdə saxladığı məsələlərdən olduğunu bildirib.
Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev vurğulayıb ki, Azərbaycan fermerlərə dövlət dəstəyi baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən biridir və kənd təsərrüfatı qeyri-neft sektorunun prioritet sahəsi hesab edilir. KOBİA-nın Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev çıxışında sahibkarlara dövlət dəstəyindən söz açıb, regional layihələr və agentliyin göstərdiyi xidmətlərdən danışıb. Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov iş adamları və fermerlərin kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. İş adamları və fermerlər fəaliyyət dairələrinin genişləndirilməsi, istehsal imkanlarının artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təklifləri və müraciətlərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını bildirərək dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Göygölün iqtisadi inkişafında sahibkarlara və fermerlərə uğurlar arzulanıb.

Xəbəri paylaş








































0772703001 