2025-ci ilin yanvar-sentyabr aylarında Samux rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2025-ci ilin yanvar-sentyabr ayları üzrə makroiqtisadi göstəricilər rayon iqtisadiyyatının inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlmişdir. İqtisadiyyatın əsas sahələrində 176291,5 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni olmuşdur. Ümumi məhsul buraxılışının çox hissəsini (69,5 faizini) kənd təsərrüfatı məhsulu təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı 122509,4 min manat olmuşdur ki, bunun da 72144,3 min manatını bitkiçilik, 50365,1 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.
2025-ci ilin məhsulu üçün 11869,5 hektar payızlıq bitkilərin səpini aparılmış və əvvəlki ilə nisbətən 177,7 hektar və ya 1,5 faiz çox olmuşdur. Eyni ilə 5228,6 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
Yazlıq səpinin 598,5 hektarı və ya 11,4 faizi yem bitkiləri, 27,0 hektarı və ya 0,5 faizi yazlıq buğda, 113,8 hektarı və ya 2,2 faizi yazlıq arpa, 613,5 hektarı və ya 11,7 faizi tərəvəz, 2289,5 hektarı və ya 43,8 faizi günəbaxan, 128,0 hektarı və ya 2,4 faizi kartof, 369,5 hektarı və ya 7,1 faizi şəkər çuğunduru, 958,7 hektarı və ya 18,3 faizi qarğıdalı, 24,0 hektarı və ya 0,5 faizi tərəvəz (toxum üçün), 92,5 hektarı və ya 1,8 faizi bostan bitkiləri, 13,6 hektarı və ya 0,3 faizi paxlalı bitkilər olmuşdur.
Təsərrüfatlarda 46672,0 ton taxıl, o cümlədən 25828,9 ton buğda, 20843,1 ton arpa, 1495,4 ton kartof, 13070,0 ton tərəvəz, 2138,0 ton qarğıdalı, 3981,9 ton günəbaxan, 1712,9 ton bostan, 19647,0 ton şəkər çuğunduru, 40,6 ton paxlalı bitkilər, 23,0 ton tərəvəz (toxum üçün), 9288,1 ton meyvə, 6694,5 ton üzüm istehsal olunmuşdur.
1 oktyabr 2025-ci il tarixinə 23269 baş iribuynuzlu mal-qara, 113131 baş qoyun və keçilər mövcud olmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 578 baş və ya 2,4 faiz, qoyun və keçilərin sayı isə 7437 baş və ya 6,2 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı 3973,0 ton, süd istehsalı 22023,7 ton, yumurta istehsalı 6915 min ədəd və yun istehsalı 234,2 ton olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 17185,9 min manat olmuşdur.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən görülən inşaat işlərinin həcmi 69,4 faiz artaraq 4450,5 min manat olmuşdur Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 15072,9 min manat olmuşdur. Nəqliyyat və anbar təsərrüfatı sahəsində mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,8 faiz artaraq, 2475,5 min manata çatmışdır. Rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 83,3 min manat olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və sabit şəbəkə telefonlarının sayı isə 1375 ədəd olmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə məhsul buraxılışının həcmi 29586,9 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,8 faiz azalaraq 92459,1 min manat olmuşdur.
Topdansatış ticarət dövriyyəsi 8970,6 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4733,2 min manat və ya 2,1 dəfə çox olmuşdur.
Əhaliyə 34002,6 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,1 faiz çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 3332,2 min manatını və ya 9,8 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə əhaliyə 3870,2 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Bu əvvəlki ilə nisbətən 623,4 min manat və ya müqayisəli qiymətlərlə 13,2 faiz çox olmuşdur.
2025-ci ilin avqust ayının sonuna siyahı tərkibində olan işçilərin sayı 5543 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 692,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3 faiz çox olmuşdur.
Samux Rayon Statistika İdarəsi
Xəbəri paylaş








































0772703001 