Goranboyda Əhaliyə göstərilən ödənişli xidmətlər Foto

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 46681,4 min manat dəyərində ödənişli xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çox olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ümumi yekunun 27,3 faizini təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq 12731,7 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin dəyəri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,9 faiz artaraq 33949,7 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətin 24,0 faizi və ya 11183,3 min manatı dövlət, 76,0 faizi və ya 35498,1 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. 2025-ci ilin yanvar-sentyabr aylarında 4575,1 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çox olmuşdur. Məişət xidmətləri ödənişli xidmətin ümumi dəyərinin 9,8 faizini təşkil edir. Məişət xidmətinin həcminin 7,2 min manatı və ya 0,2 faizi hüquqi şəxslərin, 4567,9 min manatı və ya 99,8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır.
Goranboy rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər üzrə əsas göstəricilər

Xəbəri paylaş






































0772703001 