Xəbər lenti

Goranboy rayon Statistika İdarəsinin məlumatı

Tarix: 31-10-2025 22:01     Baxış: 721

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Goranboy rayonunda 4 mehmanxana fəaliyyət göstərmişdir ki, həmin mehmanxanalarda nömrələrin sayı 50, yerlərin sayı isə 98 çarpayıdır. 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 1496 nəfər olmuşdur. Bu dövr ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz azalaraq 2430 olmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 2430 olmuşdur ki, bu da ümumi gecələmələrin 100 faizini təşkil edir. 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalaraq 216,3 min manat olmuşdur ki, onun da 47,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 4,8 faizi ictimai iaşə xidmətlərindən, 48,1 faizi digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 9,1 faiz səviyyəsində olmuşdur (2024-cü ilin yanvar-sentyabr aylarında 13,4 faiz).


                             

 Tərtib etdi: 

Goranboy rayon Statistika İdarəsinin Məsləhətçisi  Ramin Babayev



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar