Xəbər lenti

Orxan Abbasov növbəti dəfə sahibkarlarla görüş keçirib Fotolar

Tarix: 21-10-2025 15:30     Baxış: 413

Oktyabrın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişafının gücləndirilməsinə həsr olunmuş növbəti görüş keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonda fəaliyyət göstərən bir qrup sahibkarın təklif və problemlərini dinləyib, mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

İcra başçısı Orxan Abbasov çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində mühüm islahatlar həyata keçirilir. Xüsusilə regionlarda yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun və yerli təşəbbüslərin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. Orxan Abbasov daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı qüvvədə olan güzəştlərə də diqqət çəkərək deyib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, sənədsiz obyektlərin dövlət qeydiyyatına alınması üçün verilmiş müddət 2025-ci ilin sonunadək uzadılmışdır. Bu, sahibkarlara mülkiyyətlərində olan qeyri-sənədli tikililəri və ticarət obyektlərini əlavə ödəniş və cərimə tətbiq edilmədən rəsmiləşdirmək imkanı yaradır. Eyni zamanda, hüquqi müəyyənliyin təmin olunması məqsədilə bir sıra inzibati prosedurlar daha da sadələşdirilmişdir. Rayon rəhbəri onu da vurğulayıb ki, sahibkarların üzləşdiyi çətinliklərin operativ həlli, onların təşəbbüslərinə dəstək göstərilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, mövcud resurslardan səmərəli istifadə və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi Daşkəsənin sosial-iqtisadi inkişafına töhfə verir. Sahibkarlar isə maliyyə resurslarına çıxış və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qaldırılan məsələlər diqqətlə dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib, müvafiq tapşırıqlar verilib. Sahibkarlar rayonda onlara yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkür edərək, belə açıq dialoqların fəaliyyətlərinə müsbət təsir göstərdiyini söyləyiblər. Görüşün sonunda icra başçısı Orxan Abbasov bildirib ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında sahibkarların rolu böyükdür və bu istiqamətdə onların təşəbbüsləri hər zaman dəstəklənəcək. Belə mütəmadi görüşlərin keçirilməsi bundan sonra da davam etdirilərək, səsləndirilən təkliflərin reallaşdırılması üçün ardıcıl kompleks tədbirlər görüləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar