Xəbər lenti

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

Tarix: 20-01-2023 14:28     Baxış: 1 337

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar