Goranboyda tütün yığımına başlanılmışdır Fotolar
Goranboyda cari məhsul üçün tütün yığımına başlanılmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı Fərman və Sərəncamları fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Goranboy rayonunda da aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafında əsaslı nəticələr əldə edilmiş, istehsalı artırmaq və emal müəssisələri yaratmaq üçün əlverişli şərait yaradılmışdır.
Mubarızcıler.az xəbər verir ki, Tütünçülüyün genişləndirilməsi məqsədi ilə cari məhsul ilində Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 ha sahədə tütün toxumu üçün 14 istixana qurulmuş, bu istixanalarda becərilən şitil toxumları xarıcdən gətirilirək torf kübrə qarışığı ilə əkilmiş, müair qaydada becərilmişdir. Hazırda, cari ildə 187 ha sahədə becərilən tütünün yığım işləri aparılır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, tütün yığımı ilə bağlı aparılan işlərlə yerində tanış oldu. Məlumat üçün bildiririk ki, 12 sentyabr 2025-ci il tarixə - 344 ton yaş məhsul toplanılmışdır. Yığım işləri davam etdirilir və cari məhsul ilində yüksək nəticə gözlənilir.
Xəbəri paylaş



