Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda əhaliyə göstərilən ödənişli xidmətlər Foto

Tarix: 26-08-2025 12:27     Baxış: 1 330

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə 26631,4 min manat dəyərində ödənişli xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz çox olmuşdur.

Bu barədə Mubarizciler.az a Goranboy rayon Statistika idarəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ümumi yekunun 33,5 faizini təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artaraq 8928,8 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin dəyəri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,3 faiz artaraq 17702,6 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətin 29,6 faizi və ya 7874,0 min manatı dövlət, 70,4 faizi və ya 18757,4 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. 2025-ci ilin yanvar-iyun aylarında 3319,7 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox olmuşdur. Məişət xidmətləri ödənişli xidmətin ümumi dəyərinin 12,5 faizini təşkil edir. Məişət xidmətinin həcminin 4,9 min manatı və ya 0,1 faizi hüquqi şəxslərin, 3314,8 min manatı və ya 99,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar