Xəbər lenti
15-09-2026, 17:52
 

Trampın Azərbaycanla bağlı imzaladığı sənədin mətni

Tarix: 15-08-2025 22:44     Baxış: 1 575

ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasına dair memorandumunun mətni dərc olunub.

Mubarizciler.az xəbər verir ki, sözügedən sənəd ABŞ-nin “Federal Register” portalında dərc olunub.

Memeronduma əsasən, D.Tramp ABŞ Konstitusiyası və qanunları tərəfindən ona verilən səlahiyyətlər əsasında bir neçə cəhətə əsasən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin fəaliyyətini ləğv edib.

Bunlar sırasında beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin səylərini, eləcə də ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına dəstəyin zərurəti kimi cəhətlər yer alıb. 

Həmçinin bunun Azərbaycan sərhədlərinin təhlükəsizliyi üçün vacib olduğu, eləcə də Ermənistanla Azərbaycan arasında dinc nizamlanma üzrə cari səylərə mane olmadığı, Ermənistan əleyhinə istifadə olunmayacağı vurğulanıb.  

Bununla da, Tramp bu qərarla “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişinin müddəlarının tətbiq edilməsindən imtinanı uzadıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar