Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda “Kənd təsərrüfatının siyahıyaalınması” ilə bağlı tədbir keçirilib Fotolar

Tarix: 16-07-2025 19:07     Baxış: 2 296

Rayon İcra Hakimiyyətinin inzibati binasınınn akt zalında keçirilən  tədbirdə, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, siyahıyaalmada fəaliyyət göstərəcək nəzarətçilər, sayıcılar iştirak etdilər.  Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini, rayon üzrə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyasının sədri Seymur Nazarov və rayon  Statistika İdarəsinin rəisi Səxavət Qədirov mövzu ətrafında çıxış edərək, iştirakçılara ətraflı məlumat verdilər. Qeyd oldu  ki, cari ilin 15 iyul–15 avqust tarixləri arasında ölkə üzrə, o cümlədən Goranboy rayonunda kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu prosesin əsas məqsədi sahə üzrə dəqiq və etibarlı statistik məlumatların toplanması, habelə icraçılar üçün zəruri təlimatların çatdırılmasıdır.Tədbirdə siyahıyaalmanın mahiyyəti, əhatə dairəsi və əhəmiyyəti vurğulanıb, metodoloji əsasları və həyata keçirilmə mərhələləri barədə ətraflı izahlar təqdim olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar