Samux rayon Statistika İdarəsinin məlumatı
Samux rayonunda 387,7 hektar ərik bağları mövcuddur.
Son illərdə təsərrüfatlarda meyvəçiliyin inkişafına maraq artmışdır. Hər il yeni salınan meyvə bağlarını buna əyani olaraq misal gösrətmək olar.
Samux rayon Statistika idarəsindən Mubarizciler.az a verilən məlumata görə, Samux rayonunda 1 iyun 2025-ci il tarixinə 2372,7 hektar meyvə bağları mövcud olmuşdur. Meyvə bağlarının 234,5 hektarı və ya 9,9 faizi intensiv üsulla becərilir. Mövcud meyvə bağlarının 387,7 hektarını və ya 16,3 faizini ərik bağları təşkil edir ki, bunun da 23,8 hektarı yeni salınmış bağlardır. 41,0 hektar ərik bağı intensiv üsulla becərilir. Ərik bağlarının 341,9 hektarı və ya 88,2 faizi ailə kəndli və ev təsərrüfatları, 45,8 hektarı və ya 11,8 faizi kənd təsərrüfatı müəssisələri tərəfindən becərilir.
Təsərrüfatlar 1 iyun 2025-ci il tarixinə ərik bağlarından 111,8 ton ərik yığmışdırlar ki, bunun da 65 tonu və ya 58,1 faizi intensiv üsulla becərilən ərik bağlarının payına düşür. Yığılan məhsulun 65,0 tonu kənd təsərrüfatı müəssisələri, 46,8 tonu isə ailə kəndli və ev təsərrüfatlarında becərilmişdir.
Rayonda məhsul yığımı davam edir.
Xəbəri paylaş



