Xəbər lenti
15-09-2026, 17:52
 

Daşkəsəndə TİKA-nın icra etdiyi layihəyə baxış keçirilib Fotolar

Tarix: 12-06-2025 23:28     Baxış: 1 316

 İyunun 12-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin  quraşdırılması layihəsinin icrası prosesinə keçirilən baxışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və RİH-nin məsul şəxsləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki  Daşkəsən rayonunun infrastrukturunun yenilənməsi çərçivəsində işıqlandırmanın da müasirləşdirilməsi istiqamətində görülən davamlı işlərdən söz açan icra başçısı Orxan Abbasov göstərdiyi dəstəyə görə TİKA-ya təşəkkürünü bildirib. Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop deyib ki, TİKA-nın Daşkəsəndə həyata keçirdiyi layihə yalnız işıqlandırma ilə məhdudlaşmır. Bu həm də Türkiyə və Azərbaycanın  sıx dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir. TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz və TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik layihənin icra prosesi barədə məlumat veriblər və gələcəkdə bənzər təşəbbüslərin davamlı olacağını bildiriblər.Qeyd edək ki, layihə çərçivəsində Daşkəsən şəhərinin müxtəlif yerlərində 60 ədəd LED lampalı işıq dirəyinin  quraşdırılması nəzərdə tutulur. Hazırda işlər davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar