Xəbər lenti

Tərtərdə “Aqropat” MMC-yə məxsus soyuducu anbar kompleksinə baxış keçirilib FOTOLAR

Tarix: 23-05-2025 22:32     Baxış: 420

Kəbirli kəndində “Aqropat” MMC-yə məxsus soyuducu anbar kompleksinə baxış keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birgə Kəbirli kəndində “Aqropat” MMC-yə məxsus soyuducu anbar kompleksinə baxış keçiriblər.

Mubarizciler.az ın məlumatına görə, Soyuducu anbar kompleksinə baxış keçirilən zaman “Aqropat” MMC -nin rəhbəri Rəşad Məmmədov məlumat verərək bildirib ki, “Aqropat” MMC 16.06.2017 ci ildə təsis edilmisdir. Şirkət Tərtər rayonunda yerləşir. Əsas fəaliyyət növü bağçılıqdır. Şirkətin balansında ümumi olaraq 334 hektar ərazi mövcuddur. Əraziyə fasiləsiz olaraq müşahidə kameraları vasitəsi ilə nəzarət edilir. Bu məqsədlə ərazidə 4 ədəd mühafizə postları tikilmiş və hal hazırda tam olaraq bağıın təhlükəsizliyi təmin edilir. Bağın 16.7 ha sahəsində gilas, 12.35 ha sahəsində ərik, 122 ha ərazidə şaftalı, 107 ha sahədə nektarin, 15 ha ərazidə xurma, 2 ha ərazidə armud, 9 ha ərazidə əncir bağları salınmışdır.

Bağların suvarılması üçün 1 ədəd ümümi həcmi 65 min kubmetr, 2 ədəd ümumi həcmi 20 min kubmetr süni göl yaradılmışdır. Göllərin su təminatını  5 ədəd subartezian quyusu ilə həyata keçirilir. 

Texnikaların hərəkətinini təmin etmək üçün 4.5 km  uzunluğunda asfalt, servis yolları salınmışdır. Bağın  və ümümi sahəsi 3552 kvm olan soyuducu sisteminin elektrik təhcizatının dayanıqlığı üçün 5 ədəd transformatorla və 3 ədəd generatorla təmin edilmişdir. Bağda sahəsi 220 kvm olan dərman və material anbarı, 3000 kvm tara anbarı, 130 kvm işçi yeməkxanası, 130 kvm işçilərin istirahət və qonaq otaqları tikilmişdir. Meyvələrin çeşidlənməsi üçün Avropadan ən yeni çeşidləmə avadanlığı alınmışdır. 

Bağın aqrotexniki işlərin aparılması üçün 49 ədəd traktor və 13 ədəd dərman çiləyicilər, 5 ədəd çıçək seyrəltmə aparatı, müxtəlif növ kənd təsərrufatı avadanlıqları, texnikaların təmiri məqsədilə 1300 kvm avtopark, böyük tonlajlı maşınların çəkilməsi üçün qapan tərəzi ilə təmin edilmişdir. 

Ərazidə idarə heyəti üçün 570 kvm ofis binası tikilmişdir. Hal hazırda bağda 180 nəfər daimi 425 nəfər mövsümi işçi çalışır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar