Xəbər lenti

Tərtərdə “Vəkiloğlu” MMC-yə məxsus istehsal müəssisəsinə baxış keçirilib FOTOLAR

Tarix: 23-05-2025 18:08     Baxış: 1 883

Xoruzlu kəndində “Vəkiloğlu” MMC-yə məxsus istehsal müəssisəsinə baxış keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birgə Xoruzlu kəndində “Vəkiloğlu” MMC-yə məxsus istehsal müəssisəsinə baxış keçiriblər.

İstehsal müəssisəsinə baxış keçirilən zaman “Vəkiloğlu” MMC-nin rəhbəri Rəşad Məmmədov şirkət barədə ətraflı məlumat verərək bildirib ki, “Vəkiloğlu” MMC PATRON brendi olaraq 2009-cu ildə yaradılmışdır. Şirkətin emal-istehsal bölməsi və baş ofisi 1,20 hektar olmaqla Tərtər rayonunun Xoruzlu kəndində yerləşir. 15 ildən çoxdur fəaliyyət göstərir. Patron şirkətinin 20-dən çox çeşidi var. Patron günabaxan tumlarından başqa, fıstıq, şirniyyat, kukuruz və suxari  kimi məhsullarda istehsal edilir. Məhsulların dəniz duzu ilə duzlanması texnologiyası ilk dəfə şirkət tərəfindən həyata keçirilib. Məhsullar tam gigenik qaydalar çərçivəsində istehsal olunaraq müştərilərə təklif olunur. Şirkətdə 400 nəfər işçi daimi əsaslarla işləyir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar