Xəbər lenti

Emin Eyvazov Göygöldə “Şirin Aqro” QSC-nin fəaliyyəti ilə tanış olub FOTOLAR

Tarix: 22-05-2025 16:29     Baxış: 2 926

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov rayonun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC-nin fəaliyyəti ilə tanış olmuşlar.

Mubarizciler.az ın məlumatına görə, Göygöl rayonu Qızılca kəndində 220 hektar ərazidə salınmış intensiv meyvə bağına baxış keçirilən zaman QSC-nin rəhbəri tərəfindən müəssisə barədə ətraflı məlumat verilərək bildirilmişdir ki, ərazidə 190 hektar şaftalı, 20 hektar gilas, 10 hektar ərik bağları salınmışdır. Müəssisədə həmçinin təsərrüfatda istifadə olunan plastik yeşik, illik 1,5 mln ədəd, beton dirəklər 40 min ədəd və hasar toru 72 000 kv m istehsal olunur. 

Müəssisə ilk təsis olunanda öz fəaliyyətini yerli bazarda meyvə məhsullarını əhalidən  tədarük edərək xarici bazara ixrac fəaliyyətini həyata keçirmişdir. Sonradan 2020-2021-ci illərdə fəaliyyətini inkişaf etdirmək məqsədilə Göygöl, Qusar və Zəngilan rayonunda intensiv meyvə bağları salınmışdır. İllik gücünün 8 min ton meyvə istehsalı nəzərdə tutulan bu bağda 250 nəfər mövsümü, 28 nəfərlik daimi  iş yerinin olduğu diqqətə çatdırılmışdır. 

Eyni zamanda qeyd olunmuşdur ki, müəssisəyə məxsus 5 hektar torpaq sahəsinin 20 000 kv m-də “Göygöl logistika mərkəzi”nin tikintisinin ilkin planlaşdırılma işlərinə başlanılmış və istifadəyə verilməsi cari ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Meyvələrin çeşidlənməsi, saxlanılması və qablaşdırılması bölmələrindən ibarət olacaq mərkəzdə 150 daimi iş yerinin yaradılması planlaşdırılmışdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar