Xəbər lenti

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daşkəsən filialı istifadəyə verilib FOTOLAR

Tarix: 15-05-2025 20:34     Baxış: 630

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yenilənmiş Daşkəsən filialı istifadəyə verilib.

 Azərbaycan Beynəlxalq Bankı filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş Daşkəsən filialını müştərilərin ixtiyarına verib.

Mubarizciler.az xəbər verir ki  keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ABB ASC-nin Filiallarla iş və satışa dəstək departamentinin direktoru Vüqar Uluxanlı, ABB Daşkəsən filialının müdiri Anar Mustafayev, mərkəzi ofisin və filialın əməkdaşları iştirak ediblər.

Əvvəlcə rəmzi açılışı bildirən lent kəsilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bank rəhbərliyini, filialın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıb.

Məlumat verilib ki, filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Müştərilər ABB-nin Daşkəsən filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

Sonra filialın yenilənmiş binası ilə tanışlıq olub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yenilənmiş Daşkəsən filialı istifadəyə verilib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar