Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib FOTOLAR

Tarix: 13-05-2025 22:47     Baxış: 1 498

Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.

Mubarizciler.az ın məlumatına görə, dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur.

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb. Dövlət başçısı pavilyonları ziyarət edib, iştirakçı şirkətlərin təqdim etdiyi məhsul və texnologiyalarla tanış olub. Prezident İlham Əliyev “Azərsun Holdinq”in stendinə də yaxınlaşaraq şirkətin təqdimatını izləyib. Burada onu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb və istehsal olunan məhsullar, tətbiq edilən innovativ yanaşmalar və ixrac imkanları barədə ətraflı məlumat verib.

Tədbirin əsas iştirakçılarından olan “Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə geniş şəkildə təmsil olunur. Burada 20-yə yaxın istehsal müəssisəsinin 50-dən çox məhsulu sərgilənir. Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur.

Qeyri-qida stendində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji standartlara uyğun şəkildə istehsal etdiyi məhsullar barədə məlumat verilir.

Qeyd edək ki, sərgidə yerli şirkətlərlə yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi ölkələri təmsil edən şirkətlər də iştirak edir.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar