Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Samux Rayon Statistika İdarəsinin məlumatı

Tarix: 19-02-2025 19:51     Baxış: 973

Heyvandarlıq kənd təsərrüfatının gəlirli sahəsidir.

Heyvandarlıq kənd təsərrüfatının gəlirli sahəsi olmaqla  yanaşı həm də əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edən bir sahəsidir. Heyvandarlığın inkişaf etməsində heyvanların cins tərkibinin yaxşılaşması, zootexniki tələbata uyğun yemlənməsi, heyvanlara qulluq işlərinin mexanikləşməsi əsas şərtlərdən biri  hesab olunur ki, bu da heyvandarlıq məhsullarının istehsalına müsbət təsir göstərir.

 Samux Rayon Statistika İdarəsindən Mubarizciler.az a verilən məlumata əsasən 1 yanvar 2025-ci il tarixinə Samux rayonu üzrə 23326 baş iribuynuzlu  mal-qara, o cümlədən 11215 baş ana inək və camışlar, 119227 baş  qoyun  və keçilər mövcud  olmuşdur.

  2024-cü ildə diri çəkidə 5830,0 ton ət, 33708,0 ton süd, 7698,0 min ədəd yumurta, 238,0 ton yun  istehsal olmuşdur. Əvvəlki illə müqayisədə heyvandarlıq məhsullarının istehsalı üzrə ət istehsalında (diri çəkidə) 10,0 ton və ya 0,2 faiz, süd istehsalında (fiziki çəkidə) 502,0 ton və ya 1,5 faiz, yumurta istehsalında 17,0 min ədəd və ya 0,2 faiz artım, yun istehsalında isə 11,0 ton və ya 4,0 faiz azalma olmuşdur. 

                                                           



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar