Xəbər lenti

Goranboyda "İçməli su təhcizatının yaxşılaşdırılması" mikrolayihəsi işləri yekunlaşır - Fotolar

Tarix: 23-01-2025 14:04     Baxış: 1 603

Rəhimli kəndində  "İçməli su təhcizatının yaxşılaşdırılması" mikrolayihəsi əsasında, 357 abonentə fərdi içməli su xəttlərinin çəkilişi işləri yekunlaşdırılır.

Goranboy rayonunun Rəhimli kəndində "İçməli su təhcizatının yaxşılaşdırılması" mikrolayihəsi əsasında, 2024-cü ilin avqust ayında başlanılan və 17 km məsafəni əhatə edən 357 abonentə fərdi içməli su xəttlərinin çəkilişi işləri yekunlaşdırılır. Artıq fərdi su xəttlərinin əsas su boru xəttinə birləşdirilməsi üçün hazırlıq işləri həyata keçirilir. 

Mubarizciler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Rəhimli kəndində aparılan işlərlə bir daha yerində tanış oldu, iş icraçıları ilə görüşdü və fərdi su xəttlərinin əsas su-boru xəttinə birləşdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar