Xəbər lenti

Samuxda ən yüksək orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın hansı sahələri üzrədir?

Tarix: 03-12-2024 09:47     Baxış: 973

  2024-cü ilin  yanvar-sentyabr ayları ərzində  siyahı tərkibində olan  işçilərin sayı 5562 nəfər  və  hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə  nisbətən 3,6 faiz artaraq 627,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 3826 nəfər, orta aylıq nominal əməkhaqqı 664,0 manat, qeyri-dövlət müəssisələrində isə siyahı tərkibində olan işçilərin sayı 1736 nəfər, orta aylıq nominal əməkhaqqı 534,1 manat olmuşdur.    

 2024-cü ilin  yanvar-sentyabr ayları ərzində rayon ərazisində  ən yüksək orta aylıq nominal əməkhaqqı maliyyə və sğorta fəaliyyəti sahəsi üzrə, yəni  1627,10 manat olmuşdur. Bundan əlavə digər sahələrdə xidmətlərin göstərilməsi sahəsi üzrə 1284,6 manat, dövlət idarəetməsi və müdafiə: icbari sosial təminat sahəsi üzrə 870,8 manat, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təçhizatı sahəsi üzrə 828,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsi üzrə 708,0 manat və  kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahəsi üzrə 678,6 manat  təşkil etmişdir.


Samux Rayon Statistika İdarəsi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar