Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Samux Rayon Statistika İdarəsinin məlumatı

Tarix: 18-11-2024 12:42     Baxış: 924

Samux rayonunda  1 noyabr 2024-cü il tarixinə

payızlıq taxıl səpinləri haqqında məlumat.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir.

Aqrar elmin qarşısında duran əsas məsələ daha yüksək miqdarda məhsul istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsindən ibarətdir. Ona görə də taxılçılığın inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.

Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə olunması böyük əhəmiyyət kəsb edir.    2025-cü  ilin  məhsulu  üçün 1 noyabr  2024-cü il tarixinə rayon üzrə 9920,0  hektar  sahədə şum qaldırılmışdır. Dən və yaşıl yem üçün 3587,6 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Aparılmış payızlıq taxıl səpininin 2863,6 hektarı və ya 79,8 faizi dən üçün, 724,0 hektarı və ya 20,2 faizi yaşıl yem məqsədi ilə əkilmişdir. 

Dən üçün aparılmış payızlıq taxıl səpininin 1115,7 hektarı və ya 38,9 faizi buğda, 1747,9 hektarı və ya 61,1 faizi dən üçün arpa olmuşdur.

Hal-hazırda təsərrüfatlarda 2025-cü ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar