İcra başçısı Azərpambıq” MMC-nin Goranboy şəhəri ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində oldu - Fotolar
Goranboyda cari məhsul ili üçün pambıq yığımı uğurla aparılır.
Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı, Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılığın da yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayonunda da bu sahənin inkişaf etdirilməsi daim diqqətdə saxlanılır, bu sahədə bütün aqrotexniki məsələlər vaxtında və keyfiyyətlə icra edilir. İlin əvvəlindən başlayaraq pambıq istehsalçıları ilə şirkətlər arasında müqavilələrin bağlanılması, şum, arat və suvarma məsələləri diqqətdə saxlanılmış, texnika, pestisid və mineral gübrələrə tələbatın həcmi müəyyənləşdirilərək təmin edilmişdir. Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Cari ilin məhsulu üçün, 1450 hektar sahə üzrə istehsalçılarla müqavilələr bağlanmış, əkin işləri aparılmış və becərilmişdir. Goranboy rayonunda pambıqçılığın inkişaf etdirildiyi əsas ərazilər Fəxralı, Qaramusalı, Səfikürd, Xan Qərvənd, Əlirzalı, Yeniyol, Ballakürd, Boluslu, Nərimanlı, Qarapirimli, Goranlı, Quşçular, Gülməmmədli. Düzqışlaq və Aşağı Ballıqaya kəndlərini əhatə edir. Hazırda pambıq yığımı işləri aparılır, pambıq yığımına 5 ədəd kombayn cəlb edilmişdir. 15 noyabr 2024-cü il tarixə 2700 tona yaxın məhsul toplanaraq, aidiyyəti üzrə qəbul məntəqələrinə təhvil verilmişdir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə, “Azərpambıq” MMC-nin Goranboy şəhəri ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində oldu. İcra Başçısı burada pambığın qəbulu və saxlanılması vəziyyəti ilə maraqlandı.
Xəbəri paylaş