Goranboy şəhəri və ətraf kəndlərin su təminatının yaxşılaşdırılması üzrə məlumat FOTOLAR
Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayevin yanında, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Goranboy şəhərinin və ətraf kəndlərin su təminatının yaxşılaşdırılması, Suqovuşan su anbarından su götürən boru xəttinin bərpa olunması və Yuxarı Ballıqaya su anbarından su götürməklə ətraf kəndlərin su təminatının yaxşılaşdırılması məsələlərinə köməklik göstərilməsi məqsədi ilə 06.05.2024-cü il tarixli ünvanladığı müraciəti əsasında işgüzar iclas keçirilmişdir. İclasda aparılan müzakirələr və təkliflər əsasında müvafiq konseptual layihə tərtib olunmuşdur. Suqovuşan su anbarı Tərtərçay çayının üzərində Sərsəng su anbarından 17 km aşağıda yerləşir və Suqovuşan su anbarından qidalanan Tərtər magistral kanalının məhsuldalığı sutkada 17 200 kub.metr olan su qəbuledici və sutəmizləyici qurğu kompleksi inşa etməklə, Goranboy, Naftalan şəhərlərini və Goranboy rayonunun Qızılhacılı qəsəbəsi, Əlirzalı, Xan Qərvənd, Yeniyol, Təklə, Balakürd, Boluslu, Nərimanlı, Məşədiqaralar. Zeynallı və Eyvazlılar kəndlərinin su təminatının yaxşılaşdırılması və içməli suyun əhaliyə çatdırılması mümkündür.
Mubarizciler.az ın məlumatına görə,18,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Aparılan müzakirələr nəticəsində, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Goranboy rayonu və Naftalan şəhəri üzrə daha əvvəl həyata keçirilən su təchizatı layihələrinin texniki-iqtisadi əsaslandırılması nəzərdən keçirilərək, habelə içməli su təchizatı baxımından tədbirlər görülməsi zəruri olan yaşayış məntəqələri üzrə optimal həlli variantına dair texniki-iqtisadi araşdırmalar aparılaraq, yekun təklifləri yerli icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, 3 ay müddətinə müvafiq Komissiyaya təqdim edilməsi Qərara alınmışdır.
Xəbəri paylaş