Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Samux Rayon Statistika İdarəsinin məlumatı

Tarix: 25-09-2024 17:01     Baxış: 105

Samuxda bu il 3184,7 hektar sahədə təkrar əkinlər aparılmışdır.

  Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, yəni subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi təkrar əkinlərin həyata keçirilməsini daha da stimullaşdırır və ildən-ilə təsərrüfatlarda bu sahəyə olan maraq artır. 

 Mubarizciler.az xəbər verir ki, rayonda 01.09.2024-cü il tarixinədək  3184,7 hektar təkrar əkinlər aparılmışdır ki, bunun da 798,4 hektarı və ya 25,1 faizi əhali təsərrüfatlarının, 2386,3 hektarı və ya 74,9 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Təkrar əkinlərin 2628,3 hektarı və ya 82,5 faizi qarğıdalı, 425,3 hektarı və ya 13,4 faizi günəbaxan, 122,2 hektarı və ya 3,8 faizi tərəvəz, 3,6 hektarı və ya 0,1 birillik otlar, 5,3 hektarı və ya 0,2 faizi isə  darı olmuşdur. 

 Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərir.

 Torpağın strukturunun yaxşılaşdırılması, mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təktar əkinlərdən istifadə etmək vacibdir. 

               



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar